PSJ Kilian Mbappenin gedişni başqa bir gənc ulduzun transferi ilə sığortalamaq istəyir. Fransa klubu Lamine Yamalı heyətinə qatmağa çalışır.

Futbolinfo.az İspaniya mətbuatın istinadla xəbər verir ki, parislilər bu keçid üçün gizlində addımlar atır. Mövsüm bitən kimi “Barselona” vazkeçilməz transfer təklifi alacaq. Fransa klubu istedadlı gənc üçün 200 milyon avrosundan keçməyə hazırdır.

Amma İspaniya nəhənginin prezidenti Xuan Laportanın bu təklifi geri çevirəcəyi ehtimal edilir. O, Yamalı klubun bugünkü simalarından biri sayır və gələcək üçün onu qorumaq niyyətindədir. Yalnız klubun maliyyə durumu Laportanı satışa vadar edə bilər.

Hələ 17 yaşını tamamlamamış Ekvarorial Qvineya əsilli oyunçu “Barselona” yetirməsidir. Onun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Shares: