Bu gün Avro-2024-ün son iştirakçıları məlum olacaq. Pley-off mərhələsinin final matçlarından sonra Almaniyadakı turnirə vəsiqənin son sahibləri müəyyənləşəcək.

3 vəsiqəyə hazırda 6 komanda iddia edir. Millətlər Liqasındakı nəticələrinə görə mübarizəyə davam edən komandalardan Gürcüstan yığması Yunanıstanla üz-üzə gələcək. Cütün qalibi turnirin F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə mübarizə aparacaq.

D qrupunda Fransa, Avstriya və Niderlanda rəqib olacaq komanda Uels – Polşa duelində müəyyənləşəcək. Ukrayna – İslandiya görüşünün qalibi isə final mərhələsində E qrupunda Belçika, Rumıniya və Slovakiya ilə mübarizə aparacaq.

Avro-2024: Pley-off mərhələsi, finallar

21:00. Gürcüstan – Yunanıstan

23:45. Ukrayna – İslandiya

23:45. Uels – Polşa

Gürcüstan və Uels rəqiblərini öz meydanında qəbul edəcəksə, Ukrayna Polşada ev sahibi olacaq.

Shares: