“Red Bull” komandasının rəhbəri Kristian Horner Fernando Alonsonun nümayəndələri ilə söhbət edib. Bu barədə “Motorsport-Total” məlumat yayıb.
Horner Alonsonun meneceri və köhnə dostu Flavio Briatore ilə görüşüb. Danışıqların nəticəsi ilə bağlı heç bir məlumat verilmir.
“F1-İnsider”in məlumatına əsasən, ispaniyalı pilot gələn il komandada Serxio Peresi əvəz etməyə əsas namizəd sayılır. Xatırladaq ki, meksikalı sürücünün müqaviləsi bu ilin sonunda başa çatır.