Goranboy Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə Goranboy Kuboku turniri keçirilib. Yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Turnirə 14 şəhər və rayondan 200-dən artıq idmançı qatılıb.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gərgin mübarizə şəraitində keçən turnirin qalibləri diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV, GORANBOY

23423cd2 f929 4ddc b6a6 4464445c3648 - Futbolinfo.az
Shares: