Ötən həftə “Zirə” ilə müqavilə bağlayan Azərbaycan yığmasının üzvü Araz Abdullayev bir müddət klubsuz qalıb. Futbolinfo.az-ın məlumatına görə, onun Kosovonun “Lapi” klubundan ayrıldıqdan sonra Qazaxıstanın “Jenis” klubuna keçdiyi deyilsə də, bu transfer baş tutmayıb.
Qazaxıstan tərəfinin saytımıza verdiyi məlumata görə, Arazla heç bir razılıq əldə olunmayıb. Yalnız menecerlər bu ölkənin mətbuatına yarımmüdafiəçinin “Jenis”lə anlaşdığı barədə məlumat ötürüblər. Lakin rəsmi olaraq tərəflər arasında danışıq baş tutmayıb.
“Lapi”dəki karyerasını bitirən Abdullayev klubsuz qaldıqdan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov onun mövsümün sonuna qədər komandasında oynamasına razılıq verib.