Joze Mourinyo yenidən işləmək istəyir. Qışda “Roma”dan istefa verən portuqaliyalı mütəxəssis iddialı klublardan dəvət gözləyir.
Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı son müsahibəsində özünü tərifləməyi də lazım bilib: “Son iki ildə iki Avropa finalı qazanan yeganə baş məşqçi olmaqdan qürur duyuram. Adətən ən yaxşı məşqçilər finallara yüksəlmək üçün ən yaxşı komandalara rəhbərlik edir. Bu, özəl bir şeydir”.
24 ildir baş məşqçi kimi çalışan Mourinyo yanvarın 16-da “Roma”dan ayrılıb. O, son uğurlarını məhz İtaliya klubunda qazanıb.