Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev klubu “Kocaelispor”la məşqlərə başlayıb. 28 yaşlı hücumçunun yığmadan ayrıldıqdan sonra qısa istirahəti başa çatıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeydayevdə yüngül zədə aşkarlansa da, onun durumu məşqçilər korpusunu sevindirib. Belə ki, klubun həkimləri vəziyyətin yaxşı olduğunu bildiriblər. Yəni onun növbəti matçda iştirakı üçün heç bir maneə yoxdur.
“Kocaelispor” I Liqanın 28-ci turu çərçivəsində aprelin 3-də “Göztəpə”ni qəbul edəcək. Ramil də həmin qarşılaşmada meydana çıxa biləcək.