Qadınlar arasında UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib. Ötən gün 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib.

İspaniyanın “Barselona” klubu Norveç təmsilçisi “Brann”ı ilk matçda olduğu kimi, cavab qarşılaşmasında (2:1, 3:1) da məğlub edib. Fransa PSJ-si isə İsveç komandası “Hekken”i hər iki görüşdə (2:1, 3:0) üstələyib. Daha əvvəl isə “Çelsi” (İngiltərə) və “Olimpik” (Lion, Fransa) yarımfinala adlamışdı.

Final yolunda son duellərdə son çempion “Barselona” “Çelsi” ilə, “Olimpik” isə PSJ ilə qarşılaşacaq. İlk oyunlar aprelin 20-21-də, cavab matçları 27-28-də baş tutacaq.

Shares: