Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan millisi “Challenge” seriyasına aid dünya kubokunda iştirak edəcək.

Futbolinfo.az xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində startı veriləcək yarışda 4 idmançımız mübarizə aparacaq.

Məşqçilər Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova fəxri kürsüyə qalxmağa çalışacaqlar.

Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.

Dünya kubokuna martın 31-də yekun vurulacaq.

Shares: