3 dəfə “Böyük dəbilqə” seriyalı turnirin qalibi olan britaniyalı Endi Marrey qarşıdan gələn iki yarışı buraxacaq. İkiqat olimpiya çempionu Monte-Karlodakı “Masters”də və Münhendəki turnirdə iştirakdan imtina edib. Bunun səbəbi tennisçinin zədələnməsidir. Marreyin ön bağlarında tam qırılma var.
“Komanda və həkimlərlə məsləhətləşmədən sonra, Endi Monte-Karlo və Münhendə oynamaqdan imtina edib. Hazırkı vəziyyətdə onun nə qədər müalicə alacağını söyləmək çətindir. Endi tez bir zamanda yenidən kortlara qayıtmaq istəyir. Həkimlərlə məşvərətlər davam edir. Endi bu vəziyyətdən çox məyusdur”, – deyə britaniyalı tennisçinin komandası bəyanat yayıb.
Xatırladaq ki, Monte-Karlodakı “Masters” turniri aprelin 7-də start götürəcək. Münxen turniri isə 15-21 aprel aralığında baş tutacaq.