MBA-da bu gecə oyun sayı dünənlə müqayisədə çox olub. 12 qarşılaşmadan ən diqqətçəkəni “Los-Anceles Leykers”in qələbə seriyasının qırılmasıdır. “İndiana Peysers” evdə Kaliforniya təmsilçisini məğlubiyyətə uğradıb – 109:90. Lebron Ceyms oyunda dabl-dabl edib.

Günün qəhrəmanı “Nyu-York Niks” komandasının lideri Ceylen Branson olub. O, karyerasının ən məhsuldar oyununu keçirərək 61 xal toplayıb. Lakin bu, komandasının “San Antonio Spörs”lə qarşılaşmada məğlub olmasının qarşısını almayıb – 126:130. Meydan sahiblərinin gənc ulduzu Viktor Vembanyamanın göstəriciləri isə 40 xal, 20 ribaund və 7 asist təşkil edib.

“Hyuston Rokets” ardıcıl 11-ci qələbəsini qazanıb. 101:100 hesabı ilə bitən oyunda komandada ən məhsuldar basketbolçu yenə də Ceylen Qrin olub. O, görüşü 35 xalla tamamlayıb. “Yuta Caz”ın isə məğlubiyyət seriyası artıb.

Qərb konfransının liderlərinin görüşündə “Minnesota Timbervulvs” qalib gəlib 111:98. Nikola Yokiçin 32 xal və 10 ribaundu da son çempionu məğlubiyyətdən xilas etməyib.

Denverlilərin məğlubiyyətindən “Oklahoma-Siti Tanders” faydalanıb. “Finiks Sans”a qalib gəlməklə “Tanders” əlavə göstəricilərə görə liderliyi ələ alıb.

“Sakramento Kinqs” evdə “Dallas Maveriks”ə uduzub – 103:107. Domantas Sabonis növbəti tripl-dablını edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp