Avroliqada 32-ci tura yekun vurulub. Tur yeni rekordla əlamətdar olub. “Fənərbağça” komandası autsayder “Alba” üzərində 103:68 hesabı ilə qələbə qazanıb. İstanbul klubunun kapitanı Naycel Eys-Deyvis oyunda 50 xal toplayıb. Bu da Avroliqa tarixinin ən yüksək göstəricisidir. Buna qədər bir oyunçunun ən yüksək məhsuldarlığı 2019/2020 mövsümündə olmuşdu. Həmin çempionatda “Anadolu Efes”in lideri Şey Larkin “Bayern” ilə qarşılaşmada 49 xal toplamışdı.

Digər oyunlara gəlincə, “Panatinaikos”un səfərdə “Virtus”u məğlub etməsini qeyd etməklazımdır – 81:79. Bu məğlubiyyətdən sonra Bolonya təmsilçisi pley-ofa zonasına düşmək şansını itirib. Yunan komandası isə ikinci pillədə yerini qoruyub.

Lider və çempionatda birinci yeri təmin edən Madrid “Real”ı evdə “Srvena Zvezda” üzərində qələbə qazanıb – 101:94.

Əlavə edək ki, çempionatın sona çatmasına 2 tur qalıb. Növbəti turda “Fənərbağça” – “Anadolu Efes” oyunu baş tutacaq. Fənərlilər ilk 4 yer uğrunda mübarizə apardıqları halda , “Anadolu Efes” pley-inin son pilləsindən yapışmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp