Basketbol üzrə Avrokubok turnirində ilk finalçı məlum olub. Yarımfinal seriyasının ikinci oyununda da qalib gələn “Paris” komandası finala adlayıb. İlk oyunda evdə qalib gələn fransızlar, bu dəfə “London Lions” komandasını İngiltərədə məğlub ediblər – 93:85.

İkinci yarımfinalda isə seriya davam edir. İlk oyunda Fransada “Beşiktaş”a qalib gələn “Burq” komandası İstanbulda məğlubiyyətlə üzləşib – 82:71. Böyük fasiləyə qədər geridə olmasına baxmayaraq, istanbullular geridönüş etməyi bacarıblar. Beləliklə də seriyada tarazlıq yaranıb. Qalib aprelin 3-də Fransada keçiriləcək oyundan sonra bilinəcək.

Əlavə edək ki, Avrokubok qitədə nüfuzuna və gücünə görə Avroliqadan sonra ikinci turnirdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp