“Aston Martin “ komandası Edrian Nyuini heyətə cəlb etmək istəyir. Yayılan məlumata görə , Səudiyyə ərəbistanı qran-prisində İngiltərə komandası məşhur texnikə müqavilə təklif edib. Buna əsasən, onun qazancı, ən yüksək maaş alan pilotların maaşı səviyyəsində olacaq.

Məlumata görə, Nyuinin dəvət edilməsi ideyası komanda rəhbəri Lourens Stroll tərəfindən gəlir. “Aston Martin” son illərdə bir neçə güclü mütəxəssisi komandaya cəlb edə bilib. Lakin hamıya məlumdur ki, bu sahənin brilyantı Edrian Nyuidir. Mütəxəssis uğrunda “Ferrari” də mübarizə aparır.

Xatırladaq ki, keçən il Nyui “Red Bull” ilə yeni müqavilə imzalayaraq heç bir yerə getmək fikrində olmadığını bildirmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp