Mayamidə “Masters” seriyalı turnirin finalçıları bəlli olub.

Əvvəlcə mərkəzi korta keçən ilin finalçıları çıxıblar. Lakin ötən illə müqayisədə bu ilin oyununda mübarizə olmayıb. İtaliyalı Yannik Sinner Daniil Medvedevi darmadağın edərək həlledici oyuna vəsiqə qazanıb – 6:1, 6:2.

Digər yarımfinal görüşü daha gərgin alınıb. Ötən gün turnirin bir nömrəsini mübarizədən kənarlaşdıran Qriqor Dimitrov almaniyalı Aleksandr Zverevi də məğlub edib – 6:4, 6:7, 6:4.

Qeyd edək ki, buna qədər son 7 oyunda bolqar tennisçi Zverevə məğlub olmuşdu. Bu qələbə sayəsində Qriqor Dimitrov yenidən tennisçilərin reytinqində ilk onluğa qayıdacaq.

Əlavə edək ki, final oyunu sabah baş tutacaq. Bundan sonrakı “Masters” turniri Monte-Karloda olacaq. Həmin turnirin iştirak ərizəsində Rafael Nadal da var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp