“Neftçi” Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ”ni səfərdə məğlub edib – 1:0.

“Ağ-qaralar”ın yeganə qolunun müəllifi Kilan Lebon matçdan sonra klubun televiziyasına açıqlama verib: “Çətin oyun oldu, istədiyimiz kimi oynaya bilmirdik. Əsas odur ki, sona qədər mübarizə apardıq və qələbə qazandıq. Axır ki, qol vura bildim. Şükürlər olsun, ümid edirəm, mövsümün sonuna kimi daha çox qollar vuraram”.

Yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinalının “Qarabağ”la oyunu haqda da fikirlərini bölüşüb: “Kubok oyunu çətin olacaq. Hər şey ola bilər. Ümid edirik ki, finala vəsiqə qazana biləcəyik”.

Xatırladaq ki, Lebonun Qəbələdə vurduğu qələbə qolu onun bu mövsümdəki ilk uğurudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp