Bu gecə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində böyük boks gecəsi keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, Nevada ştatının paytaxtında təşkil ediləcək tədbirdə əsas döyüş Timofey Tszyu ilə Sebastyan Fundora arasında olacaq.

Bu iki boksçu WBC və WBO titulları uğrunda mübarizə aparacaq.

Ənənəvi olaraq döyüşlərdən bir gün əvvəl idmançılar çəkilərin ölçülmə prosedurundan keçiblər. Qeydə alınan nəticələr belə olub:

Timofey Tszyu (69,31 kq) – Sebastyan Fundora (69,31 kq);
Rolando Romero (63,32 kq) − İsaak Kruz (62,96 kq);
Erislandi Lara (72,48 kq) − Maykl Zefara (71,94 kq);
Xulio Sezar Martinez (50,62 kq) – Ancelino Kordova (50,71 kq);
Sergey Boqaçuk (69,22 kq) − Brayan Mendoza (69,49 kq).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp