Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İnçeon”la qarşılaşıb və məğlubiyyətə üzülüb – 0:2.

Anton da bu görüşün iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb, 90+2-ci dəqiqədə isə sarı vərəqə alıb.

“Daejeon” hazırda 2 xalla 11-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp