Misli Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında “Səbail” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib.

Bu qarşılaşmada tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün son matçında “Sabah” “Zirə”ni qəbul edəcək.

Xatırladaq ki, ötən gün “Neftçi” səfərdə “Qəbələ”yə (1:0), “Qarabağ” isə “Kəpəz”ə (6:1) qalib gəlib. Tura sabah keçiriləcək “Sumqayıt” – “Araz Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
28-ci tur

30 mart

“Səbail” – “Turan Tovuz” 1:1
Qollar: Pedro Nuno, 21 – Fərid Nəbiyev, 45+4-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
“ASCO Arena”.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
Turan Tovuz: 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp