“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in növbəti matçında “Nyu-York Siti”yə qarşı oynamayacaq.

Futbolinfo.az ESPN-ə istinadən xəbər ki, bu barədə “İnter Mayami”nin məşqçilər heyətinin üzvü Javier Morales məlumat verib:

“Leo fizioterapevtlərlə işləyir. O, sabahkı oyundan kənarlaşdırılıb. Biz mümkün olan hər şeyi etməyə çalışırıq ki, o, gələn çərşənbə axşamı “Monterrey”ə qarşı evdə oynaya bilsin”.

36 yaşlı argentinalı bundan əvvəl “DC Yunayted” (3:1) və “Nyu York Red Bull”la (0:4) matçları buraxıb.

“İnter Mayami” martın 31-də “Nyu York Siti”ni qəbul edəcək.

Messi bu mövsüm bütün turnirlərdə 5 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp