Azərbaycan Voleybol Federasiyası bu idman növünün inkişafı üçün əməli addımlar atır. Voleybolun hərtərəfli tərəqqisinə diqqət yetirən federasiya məşqçilərin daha da formalaşması üçün yeni layihəyə başlayıb.

Bu istiqamətdə önəmli addımladan biri kimi ilk dəfə Gəncədə seminar təşkil edilib.Uşaq yaş qrupları üzrə məşqçilərin iştirak etdiyi təlimlərə federasiyanın təyin etdiyi mütəxəssislər Cengiz Akarçeşme və Şahin Çatma rəhbərlik edib.

2 gün davam edən seminar zamanı həm nəzəri, həm də praktik dərslərlə məşqçi-müəllimlərin təcrübəsi artırılıb. Seminarda iştirak edən hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp