Almaniyanı Çempionlar Liqasının 2024/25 mövsümündə təmsil edəcək ilk komanda müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu, “Bayer” olub.

Çempionatın hazırkı lideri 27-ci turda “Hoffenhaym” üzərində qələbədən (2:1) sonra xalını 73-ə çatdırıb. Bununla da Leverkuzen təmsilçisi ilə 5-ci pillədəki komanda arasında xal fərqi 23-ə yüksəlib və “Bayer” ÇL-ə vəsiqəni təmin edib.

Xabi Alonsonun komandası bundan sonra liqadakı 7 oyunun hamısında uduzsa belə, yarışı ən pis halda 4-cü yerdə başa vuracaq. Almaniya liqasının 4-cüsü CL-ə birbaşa vəsiqə qazana bilir. Bundesliqa Çempionlar Liqasında məhz 4 komanda ilə təmsil olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp