Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda növbəti qollarını vurub.

Futbolinfo.az xəbər verir ki, 39 yaşlı hücumçu yerli çempionatın 25-ci tur matçında het-trik edib.

Təcrübəli forvard “Əl-Tai”yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 65, 67 və 87-ci dəqiqələrində fərqlənib. Bununla da o, cari mövsümdə yerli liqadakı qollarının sayını 26-ya çatdırıb.

“Əl-Nəsr” hazırda 59 xalla ikinci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp