Fransa Liqa 1-də 27-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 6 oyun baş tutub.

“Strasburq” evdə “Renn”ə qalib gəlibsə, “Loryan” “Brest”ə, “Klermon” “Tuluza”ya, “Havr” “Monpelye”yə, “Nitsa” da “Nant”a uduzub. Marsel “Olimpik”inin qonağı olan PSJ də turu inamlı qələbə ilə başa vurub.

Hazırda 62 xala malik PSJ vahid liderdir. “Brest” 50 xalla 2-ci, “Monako” 49 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 46, “Nitsa” 43, “Lans” 42, Marsel “Olimpik”i, “Renn” və “Reyms” 39, Lion “Olimpik”i 35 xal toplayıb.

Fransa Liqa 1
27-ci tur

29 mart

Lill – Lans 2:1
Qollar: Jeqrova, 9; 60 – Vahi, 78.

30 mart

Mets – Monako 2:5
Qollar: Diallo, 78. Sane, 84 – Minamino, 4. Akliuşe, 10. Vanderson, 16. Baloqun, 76; 87.

Olimpik (Lion) – Reyms 1:1
Qollar: Nuama, 65 – Okumu, 55.

31 mart

Loryan – Brest 0:1
Qol: Del Kastilyo, 86.

Klermon – Tuluza 0:3
Qollar: Syerro, 8; 79. Dallinqa, 73.

Havr – Monpelye 0:2
Qollar: Ferri, 72. Jülyen, 80.

Nitsa – Nant 1:2
Qollar: Moffi, 72-pen – Ablin, 19. M.Məhəmməd, 76-pen.

Strasburq – Renn 2:0
Qollar: Senaya, 71. Sebas, 73.

Olimpik (Marsel) – PSJ 0:2
Qollar: Vitinya, 53. Q.Ramos, 85.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp