“Qarabağ”ın futbolçusu Abdullah Zubir mövsümün sonunda komandasını dəyişə bilər. Fransalı yarımmüdafiəçi bir neçə klubun gündəmindədir.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumameyilli oyunçunun ağdamlılarla müqaviləsinin yayda başa çatması onunla maraqlanan komandaları daha da həvəsləndirir. Britaniya mətbuatının məlumatına görə, Zubiri heyətinə qatmaq istəyənlərdən biri də “Seltik”dir.

Şotlandiya təmsilçisi mövsüm başa çatmamış onunla müqavilə bağlamağa çalışır. Çünki Almaniya “Auqsburq”u və adı açıqlanmayan bir Fransa klubu da Zubirlə maraqlanır. Onun “Qarabağ”da qalmaq ehtimalının az olduğu vurğulanır.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp