Ukraynanın “Polesye” klubunun futbolçusu Emil Mustafayev Azərbaycan millisindəki debütünü dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Monteneqro (1:0) və Bolqarıstanla (1:0) matçlardakı çıxışına qiymət verib.

22 yaşlı oyunçu Monqolustanla qarşılaşmada çox sayda qol şansları qaçırdıqlarını bildirib: “İlk oyunda Monqolustan üzərində 1:0 hesablı qələbə qazandıq. Çox maraqlı matç oldu. Bütün oyunboyu rəqibə təzyiq göstərdik, çoxlu qol şansları yaratdıq. Ancaq qola çevirə bilmədik. Yalnız son dəqiqədə istəyimizə çatdıq”.

Mustafayev bolqarlarla matçın daha çətin alındığını etiraf edib: “İkinci rəqib Bolqarıstan daha peşəkar və güclü idi. Etiraf etmək lazımdır ki, bolqarlarla oyun daha çətin keçdi. Fikrimcə, pis alınmadı. Oyunumu daha da yaxşılaşdıra bilərəm”.

Qeyd edək ki, Emil Mustafayev bu mövsüm Ukrayna Premyer Liqasında 11 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Shares: