Ruben Loftus-Çik elə ilk mövsümündəcə “Milan”ın tarixinə düşə bilib. O, A Seriyasında 6-cı dəfə fərqlənərək bir mövsümdə 5-dən çox qol vuran 3-cü ingilis futbolçu olmağı bacarıb.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi şənbə günü “Fiorentina”nı səfərdə 2:1 hesabı ilə yendkləri matçda buna nail olub. 1984/85 və 1985/86 mövsümlərndə Mark Heytli uyğun olaraq, 7 və 8 dəfə fərqlənmişdi. 1961/62 mövsümündə isə Cimmi Qreyvs 9 qola imza atmışdı.

İndi Rubenin onları keçmək imkanı da var. Çünki mövsüm hələ bitməyib və yarımmüdafiəçi komandanın əsas heyət üzvlərindən biridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp