Maksans Lakrua İtaliyaya köçə bilər. “Volfsburq”un müdafiəçisi ilə A Seriyasının iki nəhəngi maraqlanır.

Futbolinfo.az xəbər verir ki, Qvadelupe əsilli fransalı “Milan” və “Yuventus”un hədəfindədir. 23 yaşlı oyunçu özü də daha iddialı klubda oynamaq istədiyindən ölkəni dəyişməyə maraq göstərir.

Almaniya klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi olan müdafiəçinin transfer dəyəri 20 milyon avrodur. “Volfsburq” iki rəqib komandanın mübarizəsindən istifadə edib daha çox qazanmaq istəyir. Amma İtaliya klubları da endirimə nail olmağa çalışır. 2020-ci ildə yetirməsi olduğu “Soşo”dan 5 milyon avroya alınan oyunçu əsas heyət üzvüdür.

Shares: