“Yuventus”un müdafiəçisi Din Heysen bir neçə klubun maraq dairəsindədir. “Liverpul”, Dortmund “Borussiya”sı və “Leypsiq” yayda bu futbolçunu heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Heysen hazırda “Roma”da icarədədir və özünü ən yaxşı tərəfdən göstərir. Ona marağın belə böyük olmasının səbəbi də uğurlu çıxışıdır.

Turin klubunun 18 yaşlı yetirməsi əsas heyətə düşmədiyindən “Roma”ya göndərilmişdi. İspan futbolçu qısa müddət ərzində özünü doğrulda və dəyərini 10 milyon avroyadək artıra bildi. Amma “Yuventus” 4 illik müqaviləsi qalan oyunçunu satmaq istəmir. Turinlilər onu daha bir il icarəyə vermək, sonra isə əsas heyətdə oynatmaq niyyətindədir.

Dortmund “Borussiya”sı və “Leypsiq” Heyseni icarəyə götürməyin də əleyhinə deyil. “Liverpul” isə birbaşa transferdə maraqlıdır.

Shares: