İngiltərənin “Liverpul” klubunun ev oyununda azarkeş rekordu qırılıb. Bu, Premyer Liqanın XXX turunda “Brayton”la oyuna təsadüf edib.

Mersisaydlıların 2:1 hesablı qələbə qazandığı görüşü 60061 tamaşaçı izləyib. Bu, “Enfild Roud” stadionunda Premyer Liqa çərçivəsində azarkeş rekordudur. Arenanın tutumu 61276 nəfərdir.

Qeyd edək ki, “Liverpul” hazırda 67 xalla turnir cədvəlinə başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp