Florida ştatında ilin ikinci “Masters” seriyalı turniri sona çatıb. Finalda İtaliyadan olan Yannik Sinnerlə bolqar Qriqor Dimitrov qarşılaşıb. Həlledici oyunda ciddi mübarizə olmayıb. İtalyan tennisçi rahat şəkildə qələbə qazanıb – 6:3, 6:1.

Görüş ərzində yalnız bir dəfə Dimitrov müqavimət göstərməyə yaxın olub. İlk setin 4-cü geymində breyk etməyə yaxın olan bolqarıstanlı tennisçi səhvə yol verərək şansını əldən qaçırıb.

Bu qələbə Yannik Sinnerin il ərzində 23 oyunda 22-ci uğurudur. İtalyan tennisçi geridə qalan 4 turnirdən 3-də çempion olub. Onun il ərzində cəmi bir məğlubiyyəti var. Sinner yalnız Karlos Alkarasa məğlub olub. Bu çempionluq sayəsində Sinner dünya reytinqində məhz Karlosu keçərək 2-ci pilləyə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp