“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 26 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində meydana çıxmaqla buna nail olub.
İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/2016 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib. O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İbrahimli bütün qollarını Ağdam klubunda vurub.