MBA-da bu gecə 10 oyun keçirilib. Ən vacib məqamlardan biri “Hyuston Rokets”in qələbə seriyasınını qırılmasıdır. Məğlubiyyət uzun müddətdir qələbələr qazanan “Dallas Maveriks”lə oyunda baş verib – 107:125. Qonaq komandanın lideri Luka Donçiçi görüşdə 47 xal toplayıb.

Bu məğlubiyyət Hyuston komandasını pley-in zonasından bir qədər uzaqlaşdırıb. Belə ki, əsas rəqib olan “Qolden Steyt Vorriors” qalib gələrək fərqi iki qələbəyə çatdırıb. Stiv Körrinin 33 xal topladığı oyunda “San Antonio Spörs” məğlub edilib – 117:113. Meydan sahiblərinin türkiyəli basketbolçusu Cedi Osman 18 xal toplayaraq bu mövsüm ən məhsuldar oyununu keçirib.

Lebron Ceyms də gecənin əsas qəhrəmanlarındandır. Veteran basketbolçu “Bruklin Nets”lə qarşılaşmada 40 xal toplayıb. “Leykers” isə səfərdə 116:104 hesablı qələbə qazanıb. Devis və Xatimura da oyunda dabl-dabl edib.

Son çempion evdə “Klivlend Kavalers”i məğlubiyyətə uğradıb – 130:101. “Naggets”in ulduzu Nikola Yokiç növbəti tripl-dablına imza atıb. Onun aktivində 16 xal, 18 ribaund və 16 asist var.

Daha bir vacib qələbəni “Oklahoma-Siti Tanders” qazanıb. Qərb konfransında birinci yer uğrunda 3 komanda arasında gedən amansız mübarizədə “Minnesota Timbervulvz” geri düşüb. Onlar evdə Çikaqo komandasına məğlub olublar – 101:109.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp