Bu gün Azərbaycanda futbol ayı start götürür.

Futbolinfo.az xəbər verir ki, bu gün başlayan aprel zənginlik baxımından futbol tarixinə düşəcək.

Aprel ayının hər günündə rəsmi oyun keçiriləcək. Bu da ölkə futbolu tarixində mütləq rekorddur.

Aprelin 12 günündə Misli Premyer Liqasının, 13 günündə Əvəzedicilər liqasının matçı baş tutacaq. Kubok görüşləri isə üç fərqli gündə olacaq. I Liqa oyunları 9, II Liqa matçları 12 günü əhatə edəcək.

Ayın 13 günündə yalnız bir turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə iki yarışda oyunlar keçiriləcək.

Aprelin 3-də və 29-da üç fərqli turnirin görüşləri təşkil olunacaq.

Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq.

Seriya mayın ilk günlərinə planlaşdırılan I liqa oyunları ilə uzana da bilər.

Aprel ayının təqvimi:

  1. II Liqa, Əvəzedicilər
  2. Azərbaycan Kuboku, II Liqa
  3. Azərbaycan Kuboku, I Liqa, II Liqa
  4. I Liqa
  5. Misli Premyer Liqası, I Liqa
  6. Misli Premyer Liqası, Əvəzedicilər
  7. Misli Premyer Liqası, Əvəzedicilər
  8. II Liqa, Əvəzedicilər
  9. II Liqa
  10. I Liqa
  11. I Liqa
  12. Misli Premyer Liqası
  13. Misli Premyer Liqası, Əvəzedicilər
  14. Misli Premyer Liqası, Əvəzedicilər
  15. II Liqa, Əvəzedicilər
  16. II Liqa
  17. I Liqa
  18. I Liqa, II Liqa
  19. Misli Premyer Liqası
  20. Misli Premyer Liqası, Əvəzedicilər
  21. Misli Premyer Liqası, Əvəzedicilər
  22. II Liqa, Əvəzedicilər
  23. II Liqa
  24. Azərbaycan Kuboku
  25. I Liqa
  26. I Liqa
  27. Misli Premyer Liqası
  28. Misli Premyer Liqası, Əvəzedicilər
  29. Misli Premyer Liqası, II Liqa, Əvəzedicilər
  30. II Liqa, Əvəzedicilər
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp