Qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda aprelin 5-də, saat 18:30-da Monteneqronun Podqoritsa şəhərindəki “Gradski Podgorica” stadionunda keçiriləcək Monteneqro – Andorra oyununu Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Sözügedən oyuna təyinatları təqdim edirik:

Monteneqro – Andorra
“Gradski Podgorica” stadionu. Saat 18:30
Baş hakim: Fəridə Lütfəliyeva
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Joanna Vassallo (Malta)

Shares: