İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası növbəti oyunlarını keçirib.

Futbolinfo.az xəbər verir ki, komanda İtaliyanın “Piza” klubunu 3:0, Lüksemburqun “Benfika Eskola” komandasını 3:2 məğlub edib, İtaliyanın “Rosina” klubuna məğlub olub (1:2).

Qeyd edək ki, daha öncə keçirilmiş matçda “Sabah”ın U-13 kollektivi yerli “Zambra” komandasına 2:0 hesabıyla qalib gəlmişdi.

Bu nəticələrdən sonra qrup mərhələsini birinci pillədə başa vuran Nasir Nəsirlinin yetirmələri növbəti mərhələyə vəsiqə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp