“Red Bull” pilotu Maks Ferstappen komandasına onun gedişindən narahat olmamağı məsləhət görüb. Jurnalistin komandada sənin gedişindən narahat olanlar var sualına, o, “Fikrimcə, artıq heç kim bundan qorxmur”, – deyə cavab verib.

“Bəlkə də bir neçə həftə əvvəl vəziyyət fərqli idi. Ancaq indi inanmıram. Bəzi insalar yazılanları çox oxuyur və onlara da inanır. Mən isə əksinə, yazılanları oxumamağa çalışıram. Bu da mənə kömək edir. Başqalarına da bunu məsləhət görürəm. Hər hansı bir problem olarsa, komandadan istənilən şəxs mənə zəng edə bilər”, – deyə üçqat dünya çempionu “PlanetF1”-ə müsahibəsində qeyd edib.

Yaponiya qran-prisindən əvvəl əsas mexanikinin komandanı tərk etməsini bildirən niderlandlı sürücü , güclü mütəxəssisləri qorumaq lazım olduğunu da dilə gətirib: “Bacardığın qədər lazım olan işçiləri qoruyub saxlamalısan. Bu, bir mübarizədir. Çünki başqa komandalar sakit qalmayaraq ən yaxşıları dəvət etmək istəyir. Mən isə kimisə saxlamağa heç vaxt cəhd göstərməmişəm. Bu, təbii şəkildə olmalıdır”.

Shares: