“Bu barədə heç nə demək istəmirəm. Futbol adamları nəyin və necə olduğunu görüblər”.

Bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram deyib.

Moldovalı qapıçı Misli Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyunda qapılarına təyin olunan penaltidən danışıb:

“Əgər insanlar bu epizodu müzakirə edirsə, deməli, onlar da bu oyunda nəsə pis bir şey görüblər. Komandamızın qeyri-sabit nəticələrinə gəlincə, biz də bunu başa düşürük. Bu, komanda olaraq bizi qane etmir. Biz hamımız bu klub uğrunda mübarizə aparmağa və qələbələr qazanmağa davam edəcəyik”.

Shares: