Ötən il MBA-da müntəzəm çempionatın ən yaxşısı seçilən Coel Embiid zədəsini sağaltmaq üzrədir.
Futbolinfo.az xəbər verir ki, ulduz basketbolçu artıq bu həftə komandasına yardım edə bilər.
“Embiid Torontoda bizimlə idi. Biz birlikdə məşq etdik. Məşqçin bəzi hissəsini məhz onu düşünərək həyata keçirdik. Artıq o, komanda yoldaşları ilə birlikdə çalışır. İndi vəzifəmiz aktivliyi bir qədər artırıb, tam hazır olmasına şərait yaratmaqdır”, – deyə “Filadelfiya Siksers”in baş məşqçisi Nik Ners qeyd edib.
Xatırladaq ki, ulduz basketbolçu meniskdəki əməliyyatdan sonra müalicə kursu keçir.