İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası son oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan komandası pley-off mərhələsində İtaliyanın “Monteserra” klubuyla qarşılaşıb.

Qolsuz bərabərliklə başa çatan matçın penaltilər seriyasında məğlub olan Nasir Nəsirlinin yetirmələri turnirdə çıxışını başa vurub.

“Monteserra” yarışın qalibi olub. “Sabah” isə “Ravenna Cup”ı 35 komanda arasında 5-ci pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp