Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” aprelin 3-də TFF I Liqanın 28-ci turunda “Göztəpə”ni qəbul edəcək.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli futbol ictimaiyyəti bunu komanda üçün son şans kimi dəyərləndirir. Çünki rəqib turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır və 6 matçdır qələbə üzü görməyən “Kocaelispor” 5-ci yerə düşüb.
Yerli KİV sabahkı qarşılaşmada Şeydayevin də üzərinə çox yük düşəcəyini yazıb: “Şeydayev ötən ay Azərbaycan millisinin heyətində həm Monqolustan (1:0), həm də Bolqarıstanla (1:1) matçda 90 dəqiqə çıxış etdi. Hazırda komandanın ən yaxşı formada olan futbolçusudur. Bu qədər zədəli və cəzalının olduğu heyətdə Ramilə böyük iş düşəcək. “Göztəpə” ilə görüşdə o, hücumda məsuliyyəti üzərinə götürməlidir”.
Qeyd edək ki, hazırda “Göztəpə”nin 56, “Kocaelispor”un isə 45 xalı var.