Ötən ilin əvvəlində “Qarabağ”dan ayrılan Kadi Borges hazırkı komandası “Krasnodar”dakı durumundan narazıdır.
Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı vinger mövsümün sonunda klubunu dəyişmək fikrinə düşə bilər.
27 yaşlı hücumameyilli oyunçunun meneceri Helsio Roberto Alisk baş məşqçi dəyişikliyindən sonra vəziyyətin dəyişəcəyinə ümid edir. O, yeni çalışdırıcı Murad Musayevin oyunçuya daha çox şans verəcəyini düşünür. Əks təqdirdə, Kadi yayda başqa variantları nəzərdən keçirə bilər: “Kadinin əvvəlki baş məşqçi İviçlə heç bir problemi yox idi. Təbii ki, daha çox oynamaq istəyir”.
Qeyd edək ki, Kadi Borges “Qarabağ”dan “Krasnodar”a 5 milyon avroya keçib.