Kürdəmir rayonunda güləşin sərbəst və yunan-Roma növü üzrə ölkə birinciliyinin zona mərhələsi başa çatıb. 17 yaşlı güləşçilər arasında baş tutan birincilikdə Kürdəmir rayonu ilə bərabər ölkənin 20-yə yaxın rayon və şəhər komandaları iştirak edib.

Futbolinfo.az xəbər verir ki, yarışda yüksək yer tutan idmançılar ölkə birinciliyinə vəsiqə əldə edib. Ümumi komanda hesabında Yevlax rayonu üzrə 7, Mingəçevirdən 2, Ağdaş rayonu üzrə 4 güləşçi Azərbaycan çempionatında iştirak etmək hüququ qazanıb.

BƏHRUZ MUSAYEV, KÜRDƏMİR

c5ca5611 b938 4dad b3e0 1f9bb381e169 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp