İngiltərə gənclər millisinin daha bir futbolçusu nəhəng klubun maraq dairəsinə düşüb.
Futbolinfo.az xəbər verir ki, Hervi Elliotdan sonra indi də Arçi Qreyin mövsümün sonunda komandasını dəyişmək şansı yaranıb.
Çempionşip təmsilçisi “Lids”in 18 yaşlı yarımmüdafiəçisinin çıxışı “Tottenhem”in diqqətini çəkib. Onun U-21-lərin heyətində Azərbaycan və Lüksemburq önündə performansını londonluların baş məşqçisi Ange Postekoqlu bəyənib. Təcrübəli mütəxəssis Qreyi gələcək vəd edən oyunçu hesab edir və gələn mövsüm sərəncamında görmək istəyir.
Azərbaycan və Lüksemburqla qarşılaşmalardakı oyununa müsbət rəy verən “Tottenhem”in skautları oyunçunu izləməkdə davam edəcək. Qrey eyni tempdə davam etsə, mövsümün sonunda Premyer Liqa komandasına keçəcək.
Qeyd edək ki, Arçi Qrey martin 22-də millimizi 5:1 hesabı ilə məğlub etdikləri görüşün 88-ci dəqiqəsində son qolun müəllifi olub.