Marko Materatsi peşmandır. O, Dünya Çempionatının finalında yaşanan qalmaqala görə xatırlanmasını haqsızlıq sayır.

Xatırladaq ki, İtaliya millisinin müdafiəçisi Fransa yığmasının kapitanını təhqir etmiş, Zidan da onu bir baş zərbəsi ilə yerə yıxaraq qırmızı vərəqə almışdı: “Bu xoşuma gəlmir. Çünki, bu şəkildə yad olunmaq karyeramın haqqını vermir”.

“İnter”də böyük uğurlar qazanmış mərkəz müdafiəçisi həmin oyundakı hərəkətinə görə peşmandır: “Bu hadisə əsla yaşanmamalı idi. Berlindəki fınal gərgin keçirdi. Epizodların birində çəkişmələr, qarşılıqlı söz duelləri sonunda Zidan köynəyini mənə təklif etdi. Mən “Xeyr, ondansa bacını seçərəm”, dedim. Sonra geri döndü və hər kəsin xatırladığı hərəkəti etdi. Ondan sonra Zidanı heç vaxt görmədim”.

Shares: