“Liverpul”, “Çelsi” və “Barselona”ya keçidi ehtimal edilən “Sportinq”in baş məşqçisi Ruben Amorim gələcəyi haqqında danışıb. O, heç yerə getməyi planlamadığını deyib.
“Mən indi “Sportinq”ə köklənmişəm və bu komandanın məşqçisi olmaqdan çox qürur duyuram. Bütün diqqətimizi titullara yönəltmişik. Sonda hər şeyi görəcəksiniz, amma hələlik müqaviləm var və burada xoşbəxtəm. Burada xoşbəxt olmağım müqavilədən daha vacibdir”, – Amorim deyib.
Xatırladaq ki, Ruben Amorim 2020-ci ilin martından “Sportinq”ə başçılıq edir. Onun rəhbərliyi altında klub Portuqaliya Çempionatının (2020/2021), iki Portuqaliya Kubokunun (2020/2021, 2021/2022) və Portuqaliya Superkubokunun (2021/2022) qalibi olub.