Bu gün AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi seçilib.
Futbolinfo.az xəbər verir ki, qurumun bu gün keçirilən Hesabat-Seçki Konfransında aşağıda adları qeyd olunan şəxslər İK-nin üzvləri seçiliblər:
AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
- Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən
- Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
- Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən
- Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
- Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
- Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
- Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
- Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
- Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
- Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
- Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
- Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən
Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf də İK-də təmsil olunacaq.