MBA-da bu gecə daha 6 oyun keçirilib.

Minnesota komandası günün nəticələrindən sonra pley-offda iştirakını təmin edib. Bunun da səbəbi “Nyu-Orlean Pelikans”ın məğlubiyyəti olub. “Finiks Sans” səfərdə “Pelikans”a qalib gəlib – 124:111. Devin Buker görüş ərzində 8 dəqiq üçxallıqla yadda qalaraq 52 xal toplayıb.

“Çikaqo Buls” evdə “Atlanta Houks”a məğlub olub – 101:113. Autsayderlərin oyununda “Detroyt Pistons” növbəti məğlubiyyəti ilə üzləşib. “Memfis Qrizliz”in heyətində Cekson 40 xal toplayıb.

“Orlando Mecik” çətinliklə də olsa (104:103), “Portlend Treyl Bleyzers”ə qalib gəlib. Lider “Boston Seltiks” isə səfərdə “Şarlott Hornets”i məğlubiyyətə uğradıb. Teytum oyunda dabl-dabl edib.

“İndiana Peysers” – “Bruklin Nets” qarşılaşmasında isə meydan sahibləri 133:111 hesabı ilə qələbə qazanıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp