Həftəsonu baş tutacaq Yaponiya qran-prisi zamanı yağış gözlənilir. Metereoloqların proqnozlarına əsasən, həftənin cümə və bazar günü yağış yağmalıdır. Cümə günü yağıntının ehtimalı 96, bazar günü 75%-ə bərabərdir. Şənbə günü isə yağışın yağma ehtimalı çox azdır.

Xatırladaq ki, Yaponiya qran-prisi ilk dəfədir ki, yazda keçirilir.

Hazırda turnir cədvəlində 3 mərhələdən sonra “Red Bull” komandasının pilotu Maks Ferstappen liderdir. Avstraliyada keçirilən son yarışın qalibi isə “Ferrari” pilotu Karlos Sayns olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp