İtaliya A Seriyasının 30-cu turunun “Empoli” ilə matçı “İnter” üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, komanda görüşdə rəqibinə qalib gəlib – 2:0. Nəticədə inter cari mövsümdə çempionatın 30 oyunundan 25-də qələbə qazanmış olub. Bu isə klub rekordunun təkrarıdır. “İnter” tarixində yalnız 2 dəfə belə göstəriciyə nail olub.

İlk dəfə komanda 2006/07 mövsümündə Roberto Mançininin rəhbərliyi altında 30 oyundan 25-də qalib gəlib.

“İnter” bu mövsüm 4 dəfə heç-heçə edib, bir dəfə uduzub. Hazırda 79 xalı olan “İnter” A Seriyasında 2-ci yerdəki “Milan”ı 14 xal qabaqlayır və liderdir.

Shares: